Messi və Rodriges arasında gərginlik: “Meydanda baş verənlər meydanda qalır”

11 İyun 2025 22:00 Dünya futbolu 815
Messi və Rodriges arasında gərginlik: “Meydanda baş verənlər meydanda qalır”

2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Argentina və Kolumbiya yığmaları arasında keçirilən oyunda Lionel Messi ilə Xames Rodriges arasında mübahisə yaşanıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, oyundan sonra Argentina millisinin kapitanından bu insidentlə bağlı açıqlama istənib, ancaq Messi heç bir detal verməyib:

“Meydanda baş verənlər meydanda qalır”.

Argentina ilə Kolumbiya yığmaları arasındakı matç 1:1 hesabı ilə başa çatıb. Bu oyun Argentina millisi üçün turnir cədvəli baxımından artıq heç nəyi həll etmirdi, çünki onlar dünya çempionatına vəsiqəni yazda təmin etmişdilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti