“Çelsi”nin qapıçısını icarəyə götürmək istəyir - “Qalatasaray”

12 İyun 18:40 Türkiyə 605
“Çelsi”nin qapıçısını icarəyə götürmək istəyir - “Qalatasaray”

“Çelsi” qapıçısı Corce Petroviçi bu yay “Qalatasaray”a sata bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə klubu Fernando Musleranın yerinə Petroviçi komandaya dəvət etmək istəyir.

Klub serbiyalı futbolçunu sonradan almaq şərti ilə icarəyə götürmək niyyətindədir.

Bundan əvvəl Petroviç “Çelsi”dən onu Klublararası dünya çempionatının heyətinə qatmamağı xahiş edib.

İngiltərə klubunun rəhbərliyi oyunçuya start heyətində sabit yer tutacağına zəmanət verə bilməyib və bu səbəbdən, qapıçı mövsümlərarası fasilədə komandanı tərk etmək qərarına gəlib.

25 yaşlı qolkiper son mövsümü icarə əsasında Fransanın “Strasburq” klubunda keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu