“Neftçi”dən təklif aldı, bu qədər pula qane olmadı, 6 illik “sevgi”sinə “YOX” dedi

12 İyun 15:00 Sumqayıt 2 850
“Neftçi”dən təklif aldı, bu qədər pula qane olmadı, 6 illik “sevgi”sinə “YOX” dedi

«Sumqayıt» ən stajlı futbolçularından biri ilə vidalaşmalı olub.

Murad Xaçayev 6 il formasını geyindiyi komandanın sıralarını tərk edib.

«Kimyaçılar»ın irəli sürdüyü maliyyə şərtləri 27 yaşlı müdafiəçiyə az gəlib.

13 min manat əməkhaqqı alan Xaçayevə bundan sonra üçün 16000 manat təklif olunsa da, o, daha çox pul istəyib. Odur ki, iki illik müqavilə sənədi rəsmiləşməyib, elə masanın üzərində qalıb.

Donetsk “Şaxtyor”unun yetirməsinin ”Neftçi”yə keçməsi lemək olar an məsələsidir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!