Siyahıda Azərbaycanın 4 klubu yer aldı - “Sabah”dan 50 pilləlik sıçrayış

12 İyun 02:10 Bizimkilər 208
Siyahıda Azərbaycanın 4 klubu yer aldı - “Sabah”dan 50 pilləlik sıçrayış

Klubların iyun ayı üçün dünya reytinqi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, IFFHS-in cədvəlində planetin 505 ən yaxşı komandası yer alıb.

Siyahıda Azərbaycanın da 4 klubu yer alıb.

“Qarabağ” 144,75 xalla dünyada 119-cudur. Ölkə çempionumuz ötən ayla müqayisədə 5 pillə geriləyib.

“Zirə” 95,75 xalla 232-ci mövqedə qərarlaşıb və ötən reytinqlə müqayisədə 1 rəqibini qabaqlayıb.

50 pillə irəliləyən “Sabah” 76 xalla 317-cidir.

Dünya reytinqində yer alan “Araz-Naxçıvan” 61,25 xalla 446-cıdır. Naxçıvan təmsilçisi 8 pillə önə keçib.

Cədvələ 470 xalla “Real” (Madrid) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!