
"Əsas məsələ Fernandu Santuşun futbolçulardan nə istədiyi önəmlidir.
Nə istəyirsə, onu onlardan ala bilmir.
Yaxud futbolçular hələ də portuqaliyalını anlamaqda çətinlik çəkirlər.
Bir ildən çoxdur millimizin sükanı arxasında olsa da, dəyişən heç nə yoxdur. Gələcəyə nikbin baxa bilmirik".
Bu fikirlər “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist "Futbol manşet" verilişində millimizin rüsvayçı performansı haqda danışıb, baş məşqçi Fernandu Santuş haqda özəl məlumatları izləyicilərlə bölüşüb.
Eyni zamanda müxtəlif yaş kateqoriyalarında vahid sistemin, planın vacibliyini vurğulayan E.Cəfərov yeni AFFA rəhbərliyinə strategiyanın icrası üçün zamanın lazım olduğunu diqqətə çatdırıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN