"Qarabağ" daha bir oyunçunu yola saldı - RƏSMİ

12 İyun 00:30 Qarabağ 782
"Qarabağ" daha bir oyunçunu yola saldı - RƏSMİ

"Qarabağ"da daha bir ayrılıq yaşanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu İsmayıl İbrahimli ilə yollarını ayırıb.

Son iki mövsümdə icarə əsasında “Zirə”də çıxış edən 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

"Qarabağ" fassin Benzia ilə yolları ayırdığını rəsmən açıqlayıb. Əlcəzairli yarımmüdafiəçi ilə başa çatan müqavilə yenilənməyib.

Benzia 2023-c ilin yanvarından "Qarabağ"da oynayırdı. o, bu komandada 104 oyun keçirib, 28 qol vurub, 25 qolun isə ötürməsini edib. "Qarabağ"dakı çıxışlarından sonra Benzia yenidən Əlcəzair millisinı dəvət almışdı.

"Qarabağ" həmçinin Patrik Andrade ilə də yollarını ayırdığı açıqlayıb. Onun da klubla müqaviləsi iyunun 30-na qədər idi.

2020-2022-ci illərdə "Qarabağ"da çıxış edən 32 yaşlı futbolçu 2023-cü ilin yayında yenidən Ağdam klubuna qayıtmışdı. Kabo-Verdeli yarımümdafiəçi başa çatan mövsümdə "Qarabağ"da 39 oyuna 3 qol vurub, 2 qol ötürməsi edib.

Marko Veşoviçlə də başa çatan müqavilə yeniilənməiyb. Klub monteneqrolu müdafiəçiyə də xidmətlərinə görə təşəkkür edib. 33 yaşlı futbolçu 2021-ci ilin iyun ayından "Qarabağ"da oynayırdı. O, son mövsümdə "Qarabağ"da 31 oyuna çıxıb və 3 qol ötürməsi eidb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!