Tanınmış məşqçi millimizdən çəkinir: “Ciddi və ehtiyatlı olmalıyıq”

12 İyun 14:20 Dünya çempionatı 298
Tanınmış məşqçi millimizdən çəkinir: “Ciddi və ehtiyatlı olmalıyıq”

Fransa millisinin baş məşqçisi Didye Deşam DÇ-2026-nın seçmə mərhələsinin hazırlığına başlayıb.

Sportinfo.az xəbər verir ki, Bunu təcrübəli mütəxəssis özü açıqlayıb.

56 yaşlı çalışdırıcı Millətlər Liqasındakı çıxışdan sonra tamamilə qarşıdakı turnirə kökləndiyini bildirib. O, son yarışı olacağı üçün millini dünya çempionu kimi tərk etmək istədiyini dilə gətirib:

“Bilirəm ki, bu, mənim üçün son mundial olacaq. Ancaq ilk növbədə seçmə mərhələ səddini keçməliyik.

Tezliklə rəqibləri təhlil etməyə başlayacağıq. Kifayət qədər vaxtımız var. Ümid edirəm ki, sentyabrda futbolçularımız yaxşı formada olacaqlar.

Qrup birinciliyini arzulayırıqsa, bütün rəqiblərə qarşı olduqca ciddi və ehtiyatlı olmalıyıq.

Rəqiblər heç də azarkeşlərin təxmin etdiyi qədər zəif komandalar deyil. Meydançada ad yox, mübarizə həlledici olur”.

Ьillimiz Fransa ilə oktyabrın 10-da səfərdə, noyabrın 16-da isə evdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti