
“Barselona”nın yarımmüdafiəçisi Pablo Torre klubla yeni müqavilə imzalaya bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu ötən mövsümdə nadir hallarda əsas heyətdə yer alsa da, baş məşqçi Hans-Diter Flik onun həm texniki, həm də taktiki baxımdan istedadlı olduğunu hesab edir.
Torre ilə bağlı əsas problem onun mövqeyində artıq yetərincə oyunçunun olmasıdır. Kataloniya klubu 22 yaşlı futbolçu ilə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Bundan sonra o, ya icarəyə göndərilə, ya da geri alış hüququ ilə başqa kluba satıla bilər. Həmçinin, Torre “Barselona”da qalaraq əsas heyətdə yer uğrunda mübarizəsini davam etdirə bilər.
“Rasinq” akademiyasının yetirməsi olan yarımmüdafiəçi ötən mövsüm 14 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.