
Massimiliano Alleqri “Milan”ın Adrien Rabionu transfer etməsini istəyir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın yeni baş məşqçisi “Marsel”in yarımmüdafiəçisi ilə “Yuventus”dakı birgə işindən yaxşı tanışdır.
Rabionun Fransa klubu ilə razılaşması var. Belə ki, o, cəlbedici təklif alarsa, “Marsel”i tərk edə bilər.
Ancaq hələlik 30 yaşlı futbolçu komandanın liderlərindən biri kimi görünür və “Marsel”i tərk etmək niyyətində olmadığını bildirib.
Fransalı yarımmüdafiəçi son mövsümdə Liqa 1-də keçirdiyi 29 oyunda 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.