Yay transfer pəncərəsi üçün əsas hücum hədəfini müəyyənləşdirdi

11 İyun 21:40 Almaniya 693
Yay transfer pəncərəsi üçün əsas hücum hədəfini müəyyənləşdirdi

“Bayern” yay transfer pəncərəsi üçün əsas hücum hədəfini müəyyənləşdirib.

Sportinfo.az “Sport Bild”-ə istinadən xəbər verir ki, Münhen təmsilçisi “Atletik”in və İspaniya millisinin vingeri Niko Uilyamsla maraqlanır.

22 yaşlı futbolçu ilə bağlı artıq ilkin danışıqlar aparılıb. Uilyams “Bayern”in hücum xəttini gücləndirmək üçün prioritet transfer hesab olunur.

İspaniyalı oyunçunun sərbəstqalma məbləği təxminən 60 milyon avro təşkil edir. Onun illik maaş tələblərinin isə 15–20 milyon avro arasında dəyişdiyi bildirilir.

Uilyams son mövsümdə La Liqada 29 oyuna çıxaraq, 5 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!