Azərbaycanlı nazir İcraiyyə Komitəsinə üzv seçildi

12 İyun 2025 08:20 Güləş 868
Azərbaycanlı nazir İcraiyyə Komitəsinə üzv seçildi

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Beynəlxalq Cüdo Federasiyasının (IJF) İcraiyyə Komitəsinə üzv seçilib

Sportinfo.az xəbər verir ki, bu barədə qərar Macarıstanın paytaxtı Budapeştdə keçirilən IJF-nin Konqresində qəbul edilib.

Nüfuzlu tədbirdə milli federasiyaların, qitə ittifaqlarının və beynəlxalq cüdo ictimaiyyətinin nümayəndələri yer alıblar.

Konqres çərçivəsində 2025–2029-cu illər üçün IJF-nin İcraiyyə Komitəsinin yeni tərkibi də təsdiqlənib. Səsvermənin nəticələrinə əsasən, ACF-nin prezidenti Rəşad Nəbiyev İcraiyyə Komitəsinin üzvü seçilib.

Toplantıda altıncı dəfə IJF-nin prezidenti seçilən Marius Vizer qarşıdakı dörd il ərzində quruma rəhbərlik edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi