
«Araz Saatlı»nın baş məşqçisi Asim İbrahimov klub rəhbərliyindən şikayətçidir.
O, bu məqsədlə hüquq-mühafizə orqanlarına üz tutub.
Bu ilin martnda komandanın sükanı arxasına keçən, lakin ötən 3 ayda böyük uğursuzluğa düçar olan çalışdırıcı indi maaş davası aparır.
Vaxtilə MOİK-də işləmiş İbrahimov müqavilə üzrə nəzərdə tutulan əməkhaqqını ala bilməməsindən gileylidir.
Ərizəsində göstərib ki, kontraktda 2500 manat maaş alacağı qeyd olunsa da, bu məbləğin yalnız cüzi bir hissəsini alıb. Üstəlik,
iddia edib ki, rəhbərlik ötən müddətdə dəfələrlə onun fəaliyyətinə müdaxilə eləyib, minimal şərait belə, yaratmayıb.
Baş məşqçi klub funksionerlərinin ona olan borcunun ödənilməsini istəyib.
SPORTİNFO.AZ