“Qarabağ”a dönməsinin səbəbi bu imiş - Zəmanət ala bilməyib

12 İyun 2025 09:40 Zirə 5 286
“Qarabağ”a dönməsinin səbəbi bu imiş - Zəmanət ala bilməyib

Yığmanın sabiq vingeri Rüstəm Əhmədzadənin «Zirə»dən ayrılmasının səbəbi məlum olub.

O, az şans qazandığı üçün «qartallar»ın düşərgəsini tərk edib.

25 yaşlı ön xətt oyunçusu son iki mövsümü qəsəbə təmsilçisində keçirib. «Qarabağ»ın icarəyə verdiyi millinin eks üzvünün Rəşad Sadıqovun etimadını tam doğrulda bilməsini söyləmək olmaz.

Qeyri-sabit çıxış etdiyindən, ilk «11-lik»də yerini möhkəmlətməkdə çətinlik çəkib. Bununla belə, baş məşqçi ona daha bir imkan yaratmaq istəyib.

Di gəl, Əhmədzadə daimi oyun praktikası qazanmaq istədiyini bildirib, amma zəmanət ala bilməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11 Yanvar 08:50 "Sumqayıt" transfer etdi
11 Yanvar 08:20 Azərbaycan çempionları
11 Yanvar 07:40 Dollar neçə manat olacaq?