“Neftçi”də Ramil Şeydayev böhranı: "600 min dolları verin, gedim" - VİDEO

16:00 Neftçi 2 287
“Neftçi”də Ramil Şeydayev böhranı: "600 min dolları verin, gedim" - VİDEO

“Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində “Neftçi”nin son durumu masaya yatırılıb.

Burada komandadan göndərilən və yaxud da göndərilməsi çətin olan futbolçulardan danışılıb.

Belə ki, tanınmış jurnalistlər Elçin Cəfərovla Ramiz Mirzəzadənin təqdimatında yayımlanan verilişdə Ramil Şeydayevin ayrılmağı fonunda tələb etdiyi məbləğ müzakirə edilib, düşərgədə hərəkətli günlərin başlandığı diqqətə çatdırılıb:

“Klublar transferlər edərkən yüz ölçüb, bir biçməlidirlər. Elə şərtlərlə müqavilə imzalayırlar ki, sonra pozmaqda çətinlik çəkirlər. Təklif edirik, Ramil də minifutbola gəlsin”.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti