
“Neftçi” doqquz futbolçu ilə yolların ayrıldığını rəsmən bəyan edib.
Azər Əliyev, Azər Salahlı, Rəhman Hacıyev, Höccət Haqverdi, Yuri Matias Yeqor Boqomolski ilə başa çatan müqavilə yenilənməyib,
Rafael Quzzo və Robert Bauerlə anlaşmaya qarşılıqlı razılıq əsasında xitam verilib, Rüstəm Samiqulinlə icarə müqaviləsi başa çatıb.
Andrey Ştoqrinlə Dembo Darbo da baş məşqçi Samir Abasovun planlarına daxil deyil. Hər ikisi ilə vidalaşmaq üçün danışıqlar davam edir.
Bəs, “ağ-qaralar”la sözləşməsinin müddəti qurtaran Ervin Koffi ilə Ryonosuke Ohori?
Onların da gedişi an məsələsidir. Sadəcə, Abasov tələsmək istəmir.
Hazırda yarımmüdafiənin mərkəzi və müdafiənin sağ cinahı üçün axtarışlar davam etdirilir. Məqsəd Koffi ilə Ohoridən yaxşılarını tapmaqdır.
Bu ay boyunca hədəfdə olan namizədlərlə ortaq məxrəcə gəlmək mümkün olsa, sözügedən futbolçularla müqavilə uzadılmayacaq. Əksi yaşansa, Ervinlə Ryonosukeni daha 1 il “Neftçi”də görəcəyik.
HƏBİB / SPORTİNFO.AZ