“Onu çoxdan izləyirdim, faydası dəyəcək, iki yerdə oynaya bilir”

12 İyun 16:00 Araz-Naxçıvan 1 056
“Onu çoxdan izləyirdim, faydası dəyəcək, iki yerdə oynaya bilir”

«Mən onu uzun müddət idi ki, izləyirdim».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Araz-Naxçıvan»ın baş məşqçisi Elmar Baxşıyev deyib.

Bilindiyi kimi, Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Araz-Naxçıvan” mövsümlərarası fasilədə ilk transferini bu gün reallaşdırıb.

Bar Cohen 2025-2026-cı illər mövsümündə “qırmızı-ağlar”ın formasını geyinəcək.

Pleymeyker funksiyasını yerinə yetirən 24 yaşlı legionerlə 1 illik müqavilə imzalanıb. O, buna qədər ancaq İsrail klublarında çıxış edib.

Müxtəlif illərdə “Makkabi Tel-Əviv”, “Beytar Tel-Əviv” və “Hapoel Hayfa”nda çıxış edən hücumameyilli yarımmüdafiəçi son iki mövsümü “Makkabi Netaniya”da keçirib.

Karyerasında ilk dəfə legioner həyatı yaşıyacaq Bar İsrailin U-17, U-18, U-19 və U-21 millilərinin də üzvü olub.

Elmar Baxşıyevi dinləyək:

«Bar Cohen oyunu ilə diqqətimi çəkdi. Düşünürəm ki, bizim komandaya faydalı oyunçu ola biləcək.

Üstün keyfiyyətləri çoxdur. Hücum fazasında səmərəsini görəcəyik.

İrəli xətdə iki mövqedə oynaya bilecek oyunçudur».

Digər Xəbərlər
Xəbər Lenti