Premyer Liqa klubunun satmağa hazır olduğu hücumçu hara gedir?

12 İyun 2025 15:20 İngiltərə 780
Premyer Liqa klubunun satmağa hazır olduğu hücumçu hara gedir?

“Napoli” yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi planlaşdırır.

İtaliya çempionlarının transfer siyahısının başında hələ də “Liverpul”un satmağa hazır olduğu uruqvaylı hücumçu Darvin Nunyes dayanır. Neapol klubunun nümayəndələri artıq onunla ilkin təmas qurublar.

Sportinfo.az “Football Italia”-ya istinadən xəbər verir ki, “Napoli” eyni zamanda, “Mançester Yunayted”in 22 yaşlı hücumçusu Rasmus Hoylund və “Udineze”dən 24 yaşlı Lorenso Luqqanı transfer etmək imkanını da dəyərləndirir.

“Transfermarkt” portalına əsasən, Nunyesin dəyəri 45, Hoylundun 35, Luqqanın isə 22 milyon avrodur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti