Baş məşqçi millidən ayrıldı - Tanınmış hücumçu ilə yaşadığı QALMAQAL üzündən

12 İyun 15:40 Dünya futbolu 422
Baş məşqçi millidən ayrıldı - Tanınmış hücumçu ilə yaşadığı QALMAQAL üzündən

Mixal Probej Polşa millisinin baş məşqçi postunu tərk edib.

Sportinfo.az xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

O, öz istəyi ilə yığmadan ayrılıb.

Daha əvvəl komandanın lideri Robert Levandovskidən kapitan sarğısı alınıb. Təcrübəli forvard baş məşqçi dəyişdirilənədək millidə oynamamaq qərarına gəldiyini açıqlayıb.

Polşa Futbol Assosiasiyası kapitan sarğısının alınmasının Probejin qərarı olduğunu bəyan edib.

Mütəxəssis 2023-cü ilin sentyabrında bu posta təyin olunmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti
13 İyul 20:00 Çək və bizə göndər!
13 İyul 00:40 Mahir yenə qol vurdu