5 klub bu prosesə cəlb olundu - AFFA və UEFA-dan birgə layihə

12 İyun 2025 03:30 Hadisə 890
5 klub bu prosesə cəlb olundu - AFFA və UEFA-dan birgə layihə

AFFA-nın təşkilatçılığı və UEFA-nın dəstəyi ilə həyata keçirilən SCALE (Special Dual Career Paths to Prevent Early School Leaving) layihəsi çərçivəsində Azərbaycanda meydança fəaliyyətləri uğurla davam edir.

Sportinfo.az xəbər verir ki, hazırda layihənin metodologiyasına əsasən futbol təlimləri və təhsil yönümlü məşğələlər 5 futbol klubunda həyata keçirilir.

Bunlar “Şəfa” (U-15 qızlar), “Şəfa” (U-17 qızlar), “Ramana” (U-17), EFA (U-17) və “Atletico Baku”dur (U-14).

Meydança fəaliyyətlərində əsas məqsəd gənc futbolçuların həm idman, həm də təhsil sahəsində inkişafına dəstək olmaqdır.

Layihə vasitəsilə iştirakçılara məqsəd qoyma, gələcək karyera planlaması, təhsilin əhəmiyyətini dərk etmə və həyat bacarıqlarının formalaşdırılması təşviq olunur.

Təlimlər SCALE layihəsi çərçivəsində xüsusi hazırlıq keçmiş məşqçilər tərəfindən həyata keçirilir. Layihə 2025-ci ilin sonunadək davam edəcək və hədəf gənclərin təhsil-idman balansını qurmalarına dəstək verməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi