
"Turan Tovuz" icarədə olan İsmayıl Zülfüqarlı ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, 24 yaşlı müdafiəçi bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
“Neftçi”yə qayıdan Zülfüqarlı Tovuz təmsilçisinə uğurlar arzulayıb:
“Dəyərli "Turan Tovuz" ailəsi və azarkeşləri, burada yollarımız ayrılır. Birlikdə keçirdiyimiz bu müddət mənim üçün çox gözəl və dəyərli oldu.
Mənə dəstək olan məşqçilərimə, birlikdə çalışdığım komanda yoldaşlarıma, hər zaman bizə dəstək olan azarkeşlərimizə, bazada zəhmət çəkən hər bir işçiyə çox sağ olun deyirəm.
“Burada olmaq mənim üçün böyük bir sevinc və təcrübə oldu. İnşallah, yeni sezonda “Turan Tovuz”a daha böyük uğurlar arzu edirəm. Burada olmasam da, hər zaman sizin üçün ən yaxşısını diləyirəm”.