Emin Mahmudov: “Bizdə onun kimi futbolçu yoxdur”

12 İyun 10:40 Milli komanda 373
Emin Mahmudov: “Bizdə onun kimi futbolçu yoxdur”

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı Emin Mahmudov Macarıstanla keçirilmiş yoxlama matçı (1:2) haqda danışıb.

- Görüşü necə şərh edərdin?

- Macarıstan çox səviyyəli komandadır. Oyunumuz bəzən alınmırdı. Biz istəyirdik ki, əks-hücumlarda daha yaxşı oynayaq. Sonlarda istədik ki, rəqibi öz meydanında sıxaq. Epizodlarımız var idi. Amma vura bilmədik. Macarlar bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər.

- Səviyyə fərqi hiss olunurdu?

- Təəssüf ki, bizdə Şoboşlay kimi futbolçu yoxdur. Hansı ki, hər mövqedən, yerindən, 50 metrdən ötürmə verə bilir. Ona görə də çətin idi. İşləmək lazımdır.

- Macarıstan İslandiya və Ukrayna səviyyəsində komandadır. Macarlara qarşı evdə bir şey edə bilmiriksə, seçmə oyunlarda necə olacaq?

- Sonlarda qol epizodlarımız var idi. Heç-heçəni qazana da bilərdik. Amma çalışacağıq ki,daha yaxşı hazır olaq.

- Bizim 5-6, Macarıstanın isə qapıya 25 zərbəsi var...

- Əlbəttə ki, fərq var. Çalışacağıq ki, daha yaxşı oynayaq. Daha yaxşı oynaya bilərik.

- Bir ildir ki, komanda qalib gələ bilmir...

- Başa düşürəm. Azarkeşlərimiz də qələbə gözləyir. Təəssüf ki, belə alınır. Gələcəkdə daha yaxşı olacağına inanıram.

- Mətbuatda yayılan məlumata görə, milli bu oyunda uduzsa, Fernandu Santuşla yollar ayrılacaq. Matçdan sonra sizinlə sağollaşmadı?

- Mənim xəbərim yoxdur. Məşqçinin qalıb-qalmaması məsələsi bizim işimiz deyil. Biz işimizə davam edirik. Bizim işimiz Azərbaycan üçün ən yaxşısını etməkdir.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyun 18:10 Çək və bizə göndər!