"Neftçi" bu futbolçusunu gəlməyə razı saldı – DOSTA ZƏNG

2 May 2021 09:40 Neftçi 2 767
"Neftçi" bu futbolçusunu gəlməyə razı saldı – DOSTA ZƏNG

«Keşlə»nin lideri Sezar Meza Kollinin yeni klubu böyük ölçüdə müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, paraqvaylı yarımmüdaiəçi «Neftçi» ilə müqavilə şərtlərini razılaşdırıb.

«Ağ-qaralar» ona hazırkı ıkomandasında qazandığından xeyli artıq maaş təklif edib.

«Keşlə» rəhbərliyi işə qarışmasa, cənubi amerikalı legioner paytaxtın digər təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq. O məlumdur ki, avrokubokları hədəfləyən «şəhərlilər» də Meza Kollini saxlamaqda maraqlıdır.

Sadəcə, bu məsələ var: onlar AFFA-nın milliləşdirməyə hazırlaşdığı əcnəbi futbolçunu maliyyə şərtlərində razı sala, «Neftçi»nin ödəməyə hazır olduğu qədər pul verə biləcəkmi?

Burada əsas rollardan birini Sezrın meneceri oynayır. Həmin şəxs «Neftçi»nin baş məşqçisi Samir Abasovla çox yaxındır. Onlara dost da demək olar. Vaxtilə «Zirə»də kifayət qədər alış-veriş ediblər.

Digər Xəbərlər
Xəbər Lenti