“Neftçi“nin prezidenti işçilərindən 5 MANAT YIĞIR

26 Fevral 2021 11:40 Neftçi 1 133
“Neftçi“nin prezidenti işçilərindən 5 MANAT YIĞIR

“Neftçi“ “YAŞAT” Fondu ilə yaxın əməkdaşlıq etməyi qərara alıb.

Paytaxt klubu bundan sonra hər ay sözügedən Fonda vəsait köçürəcək.

Bunun üçün sabit məbləğ nəzərdə tutulmayıb. Yəni ki, hər ay nə qədər pul toplamaq mümkün olarsa, o qədər.

Bəs bu vəsait haradan və necə toplanacaq? Əsasən A komaandanın hesabıına.

Məşqçilər və futbolçular istər aldıqları maaşdan, istərsə də qazandıqları mükafatdan ianə edəcək. Kimin ürəyindən nə qədər keçərsə. Bu, kollektiv üzvlərinin öz ixtiyarına buraxılıb.

Həmçinin klubda çalışanlar da aksiyada iştirak edəcək. Yüksək vəzifə daşıyanlardan xadimə və aşpaza kimi. Sonuncu kateqoriyaya daxil olan şəxslərin maaşından bu məqsədlə 5 manat tutulması qərara alınıb.

«Neftçi» daha əvvəl də “YAŞAT“ın hesabına ianə köçürüb. 20 min manat yardım komandanın “Keşlə“ üzərində qazandığı mükafat fondundan toplanıb.

Həmin oyun ötən ilin oktyabrında keçirilib və əslində, Orduya Dəstək Fondu üçün nəzərdə tutulub.

Lakin o vaxt klubun heç də bütün rəsmiləri kampaniyada iştirak etməyib. Məsələn, prezident postunu tutan Kamran Quliyev.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti