"Neftçi"nin baş məşqçisi paltardəyişmə otağında kimləri danladı?

22 Yanvar 2021 20:00 Neftçi 1 049
"Neftçi"nin baş məşqçisi paltardəyişmə otağında kimləri danladı?

«Neftçi» qış fasiləsindən qələbə ilə qayıtdı.

Paytaxt təmsilçisi Premyer Liqanın 14-cü turunun açılışı günündə «Səbail»ə 3:1 hesabıyla qalib gələrək, liderlik mövqeyini qorudu.

Əldə olunan nəticə uğurlu sayılsa da, baş məşqçi Samir Abasov matçdan sonra futbolçularını tənqid edib. O, paltardəyişmə otağında oyundan narazılığını dilə gətirib,

3 xalın hardasa təsadüfi qollarla qazanılmasına işarə vurub. Çalışdırıcı müdafiə xəttinin zəif təsir bağışladığını, rəqibin 1:0-dan sonra bəxtinin gətirməməsini bildirib.

Abasov çempionluq uğrunda mübarizə apardıqlarını yadda saxlamaları gərəkdiyini söyləyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 23:20 "Bu, bizi məyus etdi"
14 Oktyabr 20:00 Mahir – qanadsız mələk
14 Oktyabr 18:10 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 00:42 Ukraynaya uduzduq