COP29

Milli BOS-da başlayacaq, Avstriyada davam edəcək, Macarıstanda qurtaracaq

23 May 03:40 Milli komanda 813
Milli BOS-da başlayacaq, Avstriyada davam edəcək, Macarıstanda qurtaracaq

Azərbaycanın futbol millisinin Albaniya və Qazaxıstanla keçirəcəyi beynəlxalq yoldaşlıq görüşləri üçün hazırlıq proqramı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, yığma səfər öncəsi Bakıda 5 məşqə çıxacaq.

Məşqlər mayın 30-u, 31-i, iyunun 1-i, 3-ü və 4-də Bakı Olimpiya Stadionunda gerçəkləşəcək. İyunun 5-də isə komanda Avstriyaya yollanacaq.

Bundan bir gün sonra baş məşqçinin oyunöncəsi mətbuat konfransı və komandanın məşqi baş tutacaq.

Millimiz iyunun 7-də Albaniya ilə matça çıxacaq. Ayın 9-10-da yenidən məşqlərə başlayacaq komanda 11-də Qazaxıstanla qarşılaşacaq.

Hər iki görüş Macarıstanda keçiriləcək. Yığma Vətənə iyunun 12-də qayıdacaq.

Azərbaycan millisinin baş məşqçi vəzifəsini Arif Əsədov icra edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 18:10 Çək və bizə göndər!