Ruslan Abışov millini biabırçılıqdan necə qurtardı? - VİDEO

9 May 2020 10:24 Milli komanda 883
Ruslan Abışov millini biabırçılıqdan necə qurtardı? - VİDEO

6 sentyabr 2008-ci il..

Gənclər yığmamız 7 il qələbə qazanmamışdı. Bakıda Farer adalarıyla qarşılaşırıq.

Yaxşı heyət, doğma meydan və zəif rəqib… Qalib gəlib, tilsimi qıracağımıza hamı inanırdı.

Rövşən Əmiraslanovun ötürməsini başla tamamlayan Ruslan Abışov U-21-i sevindirdi. Farerlilər Səlahət Ağayevin kobud səhvi nəticəsində hesabı bərabərləşdirdilər.

Sonra səhnəyə Asif Məmmədov çıxdı. Asif təkbaşına müdafiə xəttini çaş-baş salaraq, Vüqar Nadirovun fərqlənməsinə şərait yaratdı. Ardınca Nadirov penaltini boşa verərək, "dubl" şansını qaçırdı.

Maksim Medvedevin lazımsız "podkat"ından sonra hesab 2:2 oldu. Matçın sonunda kapitan Ruslan Abışov topu boş qapıdan çıxarmaqla, U-21-i biabırçı məğlubiyyətdən xilas etdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"