Azərbaycan və Andorra arasında anlaşma - Oynayacağıq

22:40 Milli komanda 106
Azərbaycan və Andorra arasında anlaşma - Oynayacağıq

Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu haqda AFFA-nın mıətbuat xidməti məlumat yayıb.

Azərbaycan yığması Andorra ilə səfərdə qarşılaşacaq. Görüş 16 noyabr tarixində oynanılacaq.

Matç Enkam inzibati bölgəsində yerləşən Nou Estadi de la FAF stadionunda olacaq.

Azərbaycan UEFA Millətlər Liqasına hazırlıq çərçivəsində Tacikistanla da (23 sentyabr) yoldaşlıq görüşü keçirəcək.

Komandamız Millətlər Liqasında sentyabrın 27-də Litva ilə səfərdə, oktyabrın 1-də Lixtenşteyn, 4-də isə Litva ilə evdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti