Gerçək səbəb bu imiş... Şəhərdə otel tapa bilmədilər, millinin oyununu Bakıya “köçürdülər”

16:40 Milli komanda 256
Gerçək səbəb bu imiş... Şəhərdə otel tapa bilmədilər, millinin oyununu Bakıya “köçürdülər”

Azərbaycan və Litva komandaları arasında oktyabrın 4-də baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının məkanının dəyişdirilməsinin konkret səbəbi üzə çıxıb.

AFFA-dan aldlığımız məlumata görə, bu, rəqib tərəfin UEFA-ya müraciətindən sonra rəsmiləşib.

Belə ki, baltikalılar Gəncədə beşulduzlu ikinci otel tapa bilməyib. Onlar məkan olaraq seçdikləri yerin AFFA tərəfindən daha öncə bron edilməsini öyrənincə, axtarışları başqa istiqamətə yönəldib.

Lakin Gəncədə bu cür otel olmadığından, Avropa futbol qurumuna məktub ünvanlayaraq, matçın yerinin dəyişdirilməsini istəyiblər.

Çünki qaydalara görə, bir-birinə rəqib olan iki komanda eyni oteldə yerləşə bilməz. UEFA bu meyrarı əsas götürərək, AFFA-ya matçı Bakıda keçirməyi tapşırıb.

Qərar tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib.

AFFA-dan bildirilib ki, oyunun məkanının dəyişdirilməsi Gəncə stadionunun qarşılaşmanı qəbul etməyə hazır olmaması ilə əlaqədar deyil.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti