Azərbaycan milli komandasının yoldaşlıq görüşü çərçivəsində Tacikistanla, həmçinin UEFA Millətlər Liqası çərçivəsində Lixtenşteyn və Litva yığmaları ilə görüşlərin biletləri satışa çıxarılıb.
Sportinfo.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Biletləri iticket.az vasitəsi ilə əldə etmək mümkündür.
Millimiz yoldaşlıq görüşü çərçivəsində 23 sentyabr saat 20:00-da "8-ci kilometr" stadionunda Tacikistanla görüşəcək.
Həmçinin 1 oktyabr saat 20:00-da Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda yığmamız Lixtenşteyn, 4 oktyabr saat 17:00-da isə "8-ci kilometr" stadionunda Litva millisi ilə üz-üzə gələcək.
