Premyer Liqada mübarizə aparan 12 klub hesabat verir. Hara?
Millinin məşqçi korpusuna. Deməli, yığmanın çalışdırıcısı Ayxan Abbasov elitada çıxış edən bütün yerli oyunçularla bağlı araşdırmaya başlayıb.
Klublar onların yalnız rəsmi matçlarda deyil, gündəlik hazırlıq prosesləri zamanı qeydə alınan texniki və fiziki göstəriciləri barədə məlumatları təqdim edir.
Abbasov da öz növbəsində bu göstəricilərin incələnməsini köməkçisi Vüsal Qarayevə tapşırıb.
Bu siyahıda 40-dan artıq futbolçu var. Onlarla əlaqəli hesabat hər həftə masanın üzərinə qoyulur.
Təcrübəli mütəxəssis düşərgəyə kimi çağırmaq lazım gəldiyini artıq bu hesabat əsasında müəyyənləşdirəcək. Məqsədi odur ki, bilsin kim hazırdır, kim yoxdur.
Vaxt isə azdır - artıq bu ayın son ongünlüyündə UEFA Millətlər Liqasının növbəti mövsümü start götürəcək. D liqasında yarışacaq yığmamızın rəqibləri Litva və Lixtenştyendir.
SPORTİNFO.AZ
