Qurbanov millilərdən  çalışdırmaq istəyir - AFFA-ya sənəd verdi

21:20 Milli komanda 212
Qurbanov millilərdən  çalışdırmaq istəyir - AFFA-ya sənəd verdi

Mahmud Qurbanov aşağı yaş qrupları üzrə millilərdən birini çalışdıra bilər.

Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.

Redaksiyamıza daxil olan informasiyaya görə, «Professor» belə bir niyyətdə olmasını federasiyaya bildirib. O, tələb olunan müvafiq sənədləri quruma təqdim edib.

Qurbanov uzun illər ölkənin əsas yığmasının formasını geyinib. Həmçinin burada baş məşqçi və məşqçi kimi çalışıb.

Onun son iş yeri «Səbail» olub. Mütəxəssis 2024-cü ilin dekabrında Bayıl klubundan ayrılıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti