Millilərdə çalışmaq istəyən məşqçilərdən “menecer haqqı” istəyən şəxs kimdir?

17:00 Milli komanda 159
Millilərdə çalışmaq istəyən məşqçilərdən “menecer haqqı” istəyən şəxs kimdir?

Aşağı yaş qrupları üzrə yığma komandalara yeni baş məşqçilərin seçilməsi prosesinə start verilib.

AFFA rəhbərliyi bu işə nəzarəti yeni Texniki direktor Edmond Klausa tapşırıb.

Son iki ay ərzində 30-ya yaxın yerli mütəxəssis millilərdə çalışmaq arzusunu bildirib. Onlar rəsmi surətdə federasiyaya müraciət edib.

İçlərində həm gənc, həm də nisbətəny yaşlı məşqçilər yer almaqdadır. Toplanan sv-lər niderlandlı funksionerə təqdim olunub.

O isə öz növbəsində sənədləri gözdən keçirərək, namizədlərdən bir neçəsini müsahibə mərhələsinə dəvət edib. Avropalı idarəçi bu zaman onların karyera yollarına diqqət yetirir, perspektivi nəzərə alır.

Bura qədər hər şey normaldır. AFFA rəhbərliyi seçimlərin şəffaf həyata keçirilməsi üçün lazım olan şəraiti yaradıb.

Şəxsən baş katib Cahangir Fərəcullayev layiqli məşqçilərin tapılıb üzə çıxarılmasını istəyir. Bunu federasiyada çalışanların hər biri görür və bilir.

Amma və lakin…

Cinar Məmmədov adlı şəxsin yuyulmamış çömçə kimi özünü ortalığa atması millilərdə işləmək həvəsində olan məşqçilərin bir çoxunda ciddi narahatlıq yaradıb.

Redaksiyamıza bu qəbildən bir neçə məlumat daxil olub.

Verilən informasiyaya görə, sözügedən zat futbol meneceri olaraq fəaliyyət göstərir.

O, hər yerdə AFFA-nın hörmətli rəhbərindən biriylə vaxtilə bir orta məktəbin eyni sinfində təhsil aldığını və bu tanışlıq hesabına federasiyanın bəzi işlərində qeyri-rəsmi şəkildə iştirak etdiyini deyir.

Ç.Məmmədov hətta bir qədər irəli gedərək, Edmond Klausu AFFA mənsubları ilə tanış etdiyini, bu münasibətlərin nəticəsində onu Texniki direktoru vəzifəsinə əyləşdirdiyini söyləyib.

Agent bununla kifayətlənmir: millilərə namizədliyini irəli sürən məşqçilərin bir çoxuyla təkbətək görüşlər keçirir, onların təyinatını dəstəkləyəcəyini bildirir və…

Yaxşı olar ki, qaranlıq məqamların qalan hissəsini AFFA başbilənləri araşdırsın. Məsələn, Ç.Məmmədovun «sənə kömək edəcəm» söylədiyi mütəxəssislərdən menecerlik haqqı istəyib-istəməməsini.

Bu, çox vacib və həssas məsələdir. Hər şey incələnməlidir, çünki mövcud hallar AFFA-nın apardığı siyasətə uyğun gəlmir.

Çinar Məmmədov kimi adamlar kimdir ki, bu fəaliyyətə kölgə salsın, ürək bulandırsın?

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti