İtaliya klubunun oyunçusu Azərbaycan, yoxsa Qazaxıstan yığmasının formasını geyinəcək?

7 Avqust 22:40 Milli komanda 1 227
İtaliya klubunun oyunçusu Azərbaycan, yoxsa Qazaxıstan yığmasının formasını geyinəcək?

Gələn il Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi ilə keçiriləcək U-20-lər arasında dünya çempionatına hazırlaşan milli komandamızın heyətinin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.

Sportinfo.az xəbər verir ki, AFFA indi də İtaliyanın “Bolonya” klubunun qazaxıstanlı futbolçusu Ömər Muradovun xidmətində maraqlıdır.

Qazaxıstan mətbuatının iddiasına görə, AFFA bununla bağlı artıq qarşı tərəflə danışıqlara başlayıb.

Assosiasiya rəhbərliyinin niyyəti 18 yaşlı yarımmüdafiəçini U-20-lərin dünya çempionatı üçün müvafiq milliyə cəlb etməkdir.

Lakin Muradov hələlik qərar verməyə tələsmir. O, daha çox Qazaxıstan yığmasının formasını geyinməyi arzulayır.

Ömər Qazaxıstanda doğulub, 15 yaşına kimi burada yaşayıb. AFFA-nın onu yığmaya dəvət etməsinin səbəbi oyunçunun atasının şuşalı olmasıdır.

Tarixi bağlar Muradovun millimizdə oynamasına imkan verir. Futbolçu açıqlamalarında Azərbaycan dilini bildiyini söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi