Bu Afrika komandası Azərbaycana gələcək

25 İyul 11:20 Milli komanda 1 271
Bu Afrika komandası Azərbaycana gələcək

15 yaşadək futbolçulardan ibarət Kabo-Verde millisi Azərbaycana gələcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Kabo-Verde Futbol Federasiyasının prezidenti Mario Semedo yerli mətbuata açıqlamasında bildirib.

Onun sözlərinə görə, FIFA quruma Azərbaycanda ilk dəfə keçiriləcək U-15 dünya çempionatında iştirak üçün dəvət göndərib.

Beləliklə, Kabo-Verdenin U-15 millisi ölkəmizdə təşkil olunacaq turnirin ilk iştirakçılarından biri olacaq.

U-15 dünya çempionatı bu il oktyabrın 22-dən 31-dək Azərbaycanda keçiriləcək. Yarışda FIFA-ya üzv milli assosiasiyaların 15 yaşadək yığma komandaları iştirak edə biləcəklər.(Sport24.az)

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi