Azərbaycanda millilərə yeni baş məşqçilər necə seçilib? - ŞOK TƏLƏB!

09:40 Milli komanda 133
Azərbaycanda millilərə yeni baş məşqçilər necə seçilib? - ŞOK TƏLƏB!

Azərbaycanın aşağı yaş qrupları üzrə millilərin baş məşqçiləri müəyyənləşib.

Namizədlərin təyinatı AFFA İcraiyyə Komitəsinin onlayn müzakirəsi zamanı təsdiqlənib.

Qərara əsasən, aşağıdakı məşqçilər müvafiq yaş qrupları üzrə komandaların baş məşqçiləri təyin olunublar:

U-15 - Aleksandr Qross
U-16 - Famil Xəlilov
U-17 - Emin Mustafayev
U-18 - Mahmud Qurbanov
U-19 - Elgiz Kərəmli

Bş məşqçi vəzifələri üzrə açıq müraciət prosesi AFFA-nın yeni texniki direktoru Edmond Klausla aparılmış məsləhətləşmələrdən sonra elan olunub.

Müraciət edən namizədlər müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və yekun təkliflər AFFA-nın Texniki departamenti tərəfindən hazırlanaraq İcraiyyə Komitəsinə təqdim edilib.

Burada indiyədək tətbiq olunmayan və heç də birmənalı qarşılanmayan 3 meyardan söhbət gedir. Deməli, namizədlər öncə öz sv-lərini yazılı surətdə federasiyanın elektron ünvaına göndərib.

Onların ümumi sayı 20-yə yaxın olub. Kluas namizədləri ikinci etapda müsahibəyə cəlb edib. Hər biriylə təqribən 1 saata yaxın söhbətləşib, müxtəlif suallar ünvanlayıb.

Üçüncü mərhələdə isə məşq keçmələri istənilib. Bunun üçün 30 dəqiqə vaxt verilib.

Niderlandlı funksioner məşqləri şəxsən izləyib, kimləri bəyənməyibsə, adlarını siyahıdan çıxarıb.

Elə mütəxəssislər də olub ki, ilk iki mərhələdə iştirak eləsə də, məşq keçməyi özlərinə yaraşdırmayıb və kənara çəkilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Avqust 18:10 Çək və bizə göndər!