"Yuventus" qapılarını millimizin üzünə açdı

4 Mart 2021 00:42 Milli komanda 1 152
"Yuventus" qapılarını millimizin üzünə açdı

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Bildirilib ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus"dan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

Digər Xəbərlər
Xəbər Lenti
14 Oktyabr 17:50 Çək və bizə göndər!
14 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Oktyabr 08:40 "Dinamo"dan 9 qol - VİDEO