Vətəndaşlar hansı halda SMS göndərmədən evdən çıxa bilər?

2 Aprel 2020 23:50 Maraqlı 647
Vətəndaşlar hansı halda SMS göndərmədən evdən çıxa bilər?

Sportinfo.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə vətəndaşların hansı halda SMS göndərmədən yaşayış yerini tərk edə biləcəyi məsələsinə aydınlıq gətirib.

Nazir müavini bildirib ki, 2 əlavə halda vətəndaşlar SMS xidmətindən istifadə etməyə bilər:

"Vətəndaşın həyat və sağlamlığına bilavasitə təhlükəli vəziyyət yaranarsa, yaşayış yerini tərk etmək üçün SMS xidmətindən istifadə etməməlidir. Belə halda dərhal tərk edə bilər. Məhkəmə və ya hüquq-mühafizə orqanları çağırdıqda SMS xidmətindən istifadə olunmur".

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 18:10 Çək və bizə göndər!
21 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
21 Oktyabr 04:00 Qayıbov bura sədr seçildi