Ramosdan maraqlı təklif: "Qızıl top" iki dənə olsun

10 Dekabr 2019 18:45 Maraqlı 779
Ramosdan maraqlı təklif: "Qızıl top" iki dənə olsun

İspaniya yığması və "Real"ın müdafiəçisi Serxio Ramos "Qızıl top" mükafatı barədə maraqlı təklif irəli sürüb.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı təcrübəli futbolçu iki "Qızıl top"un təsis edilməli olduğunu deyib.

Ramosun fikrincə, mükafatın biri uğrunda Lionel Messi-Kriştiano Ronaldo, digəri üçünsə yerdə qalan futbolçular mübarizə aparmalıdırlar: "Beynimə belə bir fikir gəlir, məncə, mükafat iki dənə olmalıdır. Yoxsa hər il "Qızıl top"u ya Messi qazanır, ya da Ronaldo. Fikrimcə, ikinci mükafat yaradılsa, bu, digər futbolçuların inkişafına böyük təkan verər".

32 yaşlı argentinalı dekabrın 3-dəki qalibiyyət də daxil, karyerası ərzində "Qızıl top"u 6, 34 yaşlı Ronaldo isə 5 dəfə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti