Lakazett "ev bombardiri"dir

6 Dekabr 2019 12:45 Maraqlı 460
Lakazett "ev bombardiri"dir

Cari mövsüm "Arsenal"ın heyətində cəmi 4 qol vuran Aleksandr Lakazett fərdi statistik göstəricilərdə fərqlənir.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı fransız forvard İngiltərə Premyer Liqası tarixində ev oyunlarında ən çox qol vuran futbolçulardan biridir.

Premyer Liqanın 15-ci turunun "Brayton"la ev görüşündə (1:2) "topçular"ın yeganə qolunun müəllifi olan Lakazett "ev qolları"nın sayını 25-yə çatdırıb. Premyer Liqada ümumilikdə ev görüşlərində ən çox qol həddi ortalama 30-dur.

Fransa yığmasının hücumçusu 2017-ci ildən çıxış etdiyi London klubunda indiyə qədər 34 dəfə fərqlənib, bunlardan 32-si Premyer Liqaya təsadüf edir. 25 ev qolu statistikası təxminən ümumi göstəricinin 78 faizini təşkil edir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu