"Qarabağ"lı bu məkana gəldi, millimizə belə dəstək oldu - VİDEO

5 Mart 2023 19:40 Maraqlı 443
"Qarabağ"lı bu məkana gəldi, millimizə belə dəstək oldu - VİDEO

Dünən Azərbaycanın futzal millisi DÇ-2024-ün əsas mərhələsində növbəti oyununu keçirib.

Yığmamız Yunanıstanı qəbul edib. Bakı İdman Sarayında oynanılan qarşılaşma millimizin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Parlaq qələbə ilə qazanılan nəticədən sonra millimiz elit-raunda vəsiqəni təmin edib.

Qarşılaşmaya böyük maraq olub.

Belə ki, tribunalarda çox sayda azarkeş yığma komandamızı dəstəkləyib.

Onların arasında məşhur similar da az olmayıb.

Məsələn, “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda kimi.

Azərbaycan millisinin də şərəfin qoruyan braziliyalı futzal komandamızın qələbəsinə canlı şahidlik edib.

O, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Həmin anın görüntülərini sizə təqdim edirik:

XANOĞLAN / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti