FİFA referisini hələ belə ƏLƏ SALAN olmamışdı... FOTO FAKT

24 Fevral 2023 20:40 Maraqlı 639
FİFA referisini hələ belə ƏLƏ SALAN olmamışdı... FOTO FAKT

Deyəsən, sonuncu turda "Qəbələ"yə məğlubiyyəti "Sumqayıt" komandasının futbolçuları hələ çox xatırlayacaq.

Kimsə deyə bilər ki, bu komanda onsuz da ən pis halda bir həftədən bir uduzur da.

Yox, heç biz də idda etmirik ki, "kimyaçılar" da hər şey güllü-gülüstandır. Hər tur udublar, bircə Qəbələ səfəri xaric.

Sadəcə, bölgə klubu ilə oyunda baş hakim Əliyar Əliyevin kobud səhvi məğlubiyyətdə müstəsna rol oynamışdı.

Komandanın üzvlərinin də unutmadığı məhz FİFA referisinin yol verdiyi məlum səhvdir.

Oyundan günlər keçsə də futbolçular hələ də həmin anı öz aralarında müzakirə edir, bəzən də Əliyarı məsxərə obyektinə çevirirlər.

Məsələn, Vüqar Mustafayev kimi.

Belə ki, təcrübəli futbolçu öz sosial şəbəkə hesabından paylaşdığı postda Əliyar Əliyevi yumuşaq desək ələ salıb.

Hər halda, onun qalmaqallı epizodun fotosun paylaşıb, yerdə qalan komanda yoldaşları - Səbuhi Abdullazadə və Vurğun Hüseynova xitabən "Yaxşı ki, sizə sarı kart verilmədi" yazmasına başqa izah vermək olmazdı.

Xatırladaq ki, "Qəbələ" Premyer Liqanın 23-cü turunda "Sumqayıt"ı məğlub edib - 2:1.

Meydan sahiblərinin ilk qolundan öncə komandanın braziliyalı yarımmüdafiəçisi qonaq komandadan Səbuhi Abdullazadə və Vurğun Hüseynova qarşı aşkar kobudluq etsə də baş hakimin fiti susmuşdu.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!