Alban məşqçilər Azərbaycan klubunu analiz edə bilmir

12 Avqust 2020 20:20 Şamaxı 1 227
Alban məşqçilər Azərbaycan klubunu analiz edə bilmir

"Keşlə"nin Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Albaniya "Laçi"si Azərbaycan klubu barədə məlumat toplamaqda çətinliklə üzləşib.

Sportinfo.az "Panoramasport" nəşrinə istinadən xəbər verir ki, buna Premyer Liqanın koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılması səbəb olub.

"Laçi"nin məşqçilər heyəti rəqibi analiz etmək istəsələr də, Bakı təmsilçisinin mart ayından rəsmi oyun keçirməməsi buna mane olur.

Avqustun 27-də keçiriləcək "Keşlə" - "Laçi" oyunu saat 21:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti