Əhmədovun Frutos düyünü

13 Mart 2020 20:30 Şamaxı 911
Əhmədovun Frutos düyünü

"Keşlə" yeni mövsümə gözləniləndən yaxşı başlamışdı. Təsadüf deyil ki, hətta bir qədər qabağa gedib komandanın "Qarabağ"a badalaq vuracağını düşünənlər də vardı.

Komandanın belə uğurlu çıxışında Paraqvaylı hücumçu Lorenzo Frutosun haqqı böyük idi. Belə ki, 9 nömrə ilk iki dövrədə 6 qola imza atmışdı. İlk mövsümdəcə belə başlanğıc heç də pis deyildi. Nəzərə alaq ki, hazırkı çempionatın bombardirləri Stiven Monroz və Mahir Əmrəli Frutosdan cəmi 1 qol artıq vura biliblər. "Keşlə"nin dahi məşqçisi Tərlan Əhmədovun əndərabadi qərarı olmasaydı, bəlkə də, Frutos indi böyük fərqlə rəqiblərindən öndə idi.

Nə qədər qəribə səslənsə də Frutosun performasındakı enişin tək səbəbkarı Tərlan Əhmədovdur! Niyəsini indi biləcəksiniz ...

Mövsümün əvvəli "Keşlə"yə qoşulan Frutos cəmi 3 tura həm çempionatımıza, həm də yeni komandasına uyğunlaşa bildi. Belə ki, ilk iki turda fərqlənə bilməyən Paraqvaylı qol hesabını 3-cü tur "Qəbələ" ilə görüşdə açıb. Hətta dubul edib. Növbəti qollarını uyğun olaraq 4,6,9,13-cü turlarda vurub. 14-cü tur fərqlənə bilməyən forvard qış fasiləsinə "Keşlə" ilə bərabər həm də çempionatın bombardiri kimi yollanıb.

Frutos üçün elə hər şey də qış fasiləsindən sonra tam başqa məcraya yan alıb. Daha doğrusu, Əhmədov komandaya Aleksandr Kristovaonu calayandan sonra

Təbii ki, ilk iki dövrənin bombardirini birbaşa ehtiyat skamiyaya göndərmək olmazdı. Bunun hesabını vermək lazım olacaqdı. Zamanla, pillə-pillə Frutos-Kristovao yerdəyişməsi baş tutmalıydı. Artıq 17-ci turda əməliyyat "uğurla" başa çatdırıldı. Necə? Tərlan Əhmədov kimi "peşəkar"ın sayəsində

3-cü dövrənin startındakı ilk iki görüşdə Frutos əsas heyətdə başladı. Hər iki maçda da uyğun olaraq 67 və 62-ci dəqiqələrdə o, Kristovao ilə əvəzlənib. Növbəti görüş "Neftçi"yə qarşı Kristovao əsas heyətdə meydana çıxıb və 46-cı dəqiqədə komandası hesabda 2-0 geridə olarkən əvəzlənib. Bura qədərini hardasa normal qarşılamaq olar. Əgər komandada bir forvadın qol vura bilmirsə, digərinin onu əvəzləməsi normaldı. Amma digəri lap faydasızdırsa bəs necə?

Meydanda olduğu müddətdə Anqolalı hücumçu qol vurmaq bir kənara, demək olar heç nə ilə yadda qalmayıb. Amma buna rəğmən dahi Əhmədov növbəti 3 turun hamısında Aleksandra 90 dəqiqə əsas heyətdə şans verib. Gözünə döndüyüm Anqolalı da meydanda olduğu növbəti 270 dəqiqədə heç bir işə yaramayıb. Nə vurduğu qol var, nə də hansısa hücumda müstəsna xidməti. Əksinə, komandaya ziyan verməklə məşğuldur.

Bilirik ki, "Keşlə" sürətli əks hücumlara çox üstünlük verən komandadı. Anqolalı isə ləngliyi ilə belə hücumların sürətini azaltmaqdan başqa əlindən nəsə gəlmir. "Qarabağ"la görüşdə qaçırdığı 100%-lik epizod isə, bəlkə də "Keşlə"ni 1 xaldan etdi.

Hətta "Qarabağ"la görüşdən sonra Kristovaonun zəif çıxışı ilə bağlı Tərlan Əhmədova sual da verilib. O isə cavabında "Onun iş əmsalı tam başqadır" deyib. Görəsən, başqa iş əmsalı nədir ki, biz onu bilmirik? Futbolda qanundur ki, hücumçun iş əmsalı onun vurduğu qoldu. Kristovao da meydanda olduğu 366 dəqiqədə nə qol vura bilib, nə də qol ötürməsi edə bilib.

Olmaya ,futbolçularla sövdələşmədə adı hallanan Əhmədovla indi də Krsitovao arasında nəsə anlaşma var? Qaranlıq suallar çoxdur. Amma ortalıqda olan bir gerçək var ki, oynamaq haqqı olan Lorenzo Frutos ehtiyatda paslandırılıb, meydan layiq olmadığı halda Aleksandr Kristovayo verilib. Zaman hər şeyə məlhəmdi. Yəqin ki, tez ya gec Əhmədovun Frutos düyünü də çözülər

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"