Axundov Əhmədovu danladı: "Sən hələ sevin ki, "

20 Fevral 2020 10:38 Şamaxı 1 280
Axundov Əhmədovu danladı: "Sən hələ sevin ki, "

«Keşlə» Premyer Liqanın üçüncü dövrəsinə uğursuz davam edir.

Paytaxt təmsilçisi son 2 turda məğlubiyyətlə üzləşib. «Səbail» və «Neftçi»yə boyun əyən keçmiş «bankirlər» gözünü «Zirə» ilə növbəti qarşılaşmaya dikib.

Sportinfo.az-ın məlumatına görə, klubun Müşahidə Şurasının sədri Zaur Axundov Tərlan Əhmədovla sərt söhbət edib.

O, haqlı olaraq baş məşqçidən hesabat istəyib, yenilgilərin səbəbini soruşub, bütün bunlara görə cavab verməsini tələb eləyib:

«Mən indi futbolçulara heç nə deməyəcəm. «Zirə» ilə oyunu gözləyirəm. Onlarla söhbəti onda edəcəm. Sən sevin ki, komanda hələ üçüncü yerdədir. «Neftçi» bizdən uzaqlaşdı, aşağıdan isə rəqiblər gəlir.

Mən bu vəziyyətə uzun müddət dözən deyiləm. Biz Avropa Liqasına vəsiqə qazanmalıyıq. Bunun üçün hər cür şərait yaratmışam, imkanımız da var. Komandanı təcili toplamalısan».

Digər Xəbərlər
Xəbər Lenti
17 Aprel 02:40 Nicat yenə də uduzdu