"Keşlə"də hər gün qəlyan, hər gün intizamsızlıq, hər gün narazılıq – SƏDRİN GÜNDƏMİ

24 Yanvar 2020 21:43 Şamaxı 1 650
"Keşlə"də hər gün qəlyan, hər gün intizamsızlıq, hər gün narazılıq – SƏDRİN GÜNDƏMİ

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Keşlə" bu gün son yoxlama matçını keçirib.

Tərlan Əhmədovun rəhbərlik etdiyi komanda "Zemplin" ilə üz-üzə gəlib. Slovakiyalılarla oyunun əvvəllərində hesabı açan "Keşlə" fasilədən sonra üstünlüyünü əldən verib.

Hərəyə bir dəfə fərqlənən rəqiblər meydandan 1:1 bərabərliklə ayrılıb. Azərbaycan klubunun yeganə qolunu yeni transfer Aleksandr Kristovao vurub.

"Keşlə" Antalyada keçirdiyi ilk yoxlama görüşündə Almaniyanın III Bundesliqa təmsilçisi "Zvikau"nf 1:4, ardından Tula "Arsenal"ına 1:2 hesabı ilə uduzub.

Sportinfo.az-ın məlumatına görə, Klubun Müşahidə Şurasının sədri Zaur Axundov Türkiyə səfərinin yekunlarına həsr olunmuş iclas təyin edib.

Həmin toplantıda qeyri-kafi nəticələrlə yanaşı, komandadaxili problemlərin araşdırılması nəzərdə tutulub. Çünki Tərlan Əhmədovla bağlı futbolçulardan ona çoxsaylı şikayətlər daxil olub.

Həmçinin Axundovun qulağına çatıb ki, baş məşqçi kollektivin qaldığı oteldə özü üçün qəlyan məclisi düzəldib və bu, demək olar toplanışboyu belə davam edib. Özü də komandanın liderlərindən Rəşad Sadiqovla bərabər.

Vüsal İsgəndərlinin baş məşqçiyə cavab qaytarması, yeni transfer olunan Şohruh Qadoyevin ona münasibətdən narazı qalması və s. problemlər də şura sədrini belə bir yığıncaq keçirməyə vadar edib.

Digər Xəbərlər
Xəbər Lenti