Ruslan Qurbanov: "Milliyə Robert Prosineçki lazımdır"

3 Dekabr 2019 00:00 Şamaxı 1 097
Ruslan Qurbanov: "Milliyə Robert Prosineçki lazımdır"

"Oyunun vacibliyini anlayırıq. "Kəpəz"ə hörmətlə yanaşırıq. Oyuna ciddi hazırlaşırıq. Çünki hər şeyi bir oyun həll edəcək. Hesabın fərqi yoxdur, əsas qələbə qazanmaqdır" - Bu sözləri Sportinfo.az-a açıqlamasında "Keşlə"nin hücumçusu Ruslan Qurbanov deyib.

Ölkə kubokunun birinci turunda "Kəpəz"lə qarşılaşacaq "Keşlə" bu oyunda qələbə qazanmaq istəyir. Qurbanov görüş haqda və Gəncə təmsilçisi barədə bu cür danışıb:

"Gəncənin gözəl şəhər olduğunu, "Kəpəz"in çılğın azarkeşləri olmasını bilirəm. Düzü, birinci divizionla elə də çox maraqlanmıram. Amma "Kəpəz" və "Turan" kimi komandaların Premyer Liqada oynamasını istəyərdim".

O, Sezar Meza Kollisiz komandaya çətin olduğunu bildirib: "Əlbəttə, Sezar bizə çox kömək olur. O, yaxşı futbolçudur. Onsuz çətin olur, amma əvəzolunmaz yoxdur".

Robert Prosineçkinin milli komandada baş məşqçi olduğu dönəmdə daima yığmaya dəvət alan forvard xorvatiyalının yenidən yığmaya gətirilməsindən yanadır: "Prosineçki milliyə qayıtsa, əla olar, yığmaya kömək edə bilər. O, bizim futbolu yaxşı bilir. Məni milliyə dəvət edərmi? Bilmirəm. Gərək, öncə Prosineçki milliyə dəvət edilsin. Nikola Yurçeviçi Robert Prosineçki ilə müqayisə edəndə də görürük ki, biri 1 xal qazandırıb, digəri 10. Prosineçki məni milliyə dəvət etməsə də, onun yığmaya lazım olduğunu düşünürəm".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu