"Gedib halallıq aldım, sanki üzərimdən dağ götürüldü"

24 İyun 14:40 Keşlə 844
"Gedib halallıq aldım, sanki üzərimdən dağ götürüldü"

«Nəhayət, Zaur müəllimlə görüşə bildim və ondan xeyir-dua aldım».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Şamaxı»nın əvəzedici komandasının sabiq baş məşqçisi Rail Məlikov olub.

Apreldə futbolçu karyerasını bitirən, az sonra əyalət klubunun əvəzedici heyətinin başına keçən millinin eks müdafiəçisi Zaur Axundovla görüşdüyünü söyləyib.

Tezliklə «Sumqayıt»da Aleksey Baqanın köməkçiləri sırasında yer alacaq Məlikov «Şamaxı»nın Müşaphidə Şurasının keçmiş sədrinin ona yeni işində uğurlar arzuldadığını bildirib:

«Zaur müəllim dedi ki, yeni klub seçimində düzgün addım atmısan. «Sumqayıt»ın mənim gələcək karyeram üçün mühüm rol oynayacağını söylədi.

Mən də ona təşəkkür etdim. Sanki üzərimdən dağ götürüldü. Zaur müəllim ən çətin vaxtlarımda mənə dəstək olub.

Onun bizə elə yaxşılıqları dəyib ki… «Şamaxı»da elə futbolçu yoxdur ki, Axundovun klubdan getməsinə təəssüflənməsin.

«Şamaxı» üçün çox iş gördü. Bir problem çıxanda, hamımızın gözü onu axtarırdı, gedib dərdimizi deyirdik, kömək edirdi.

«Sumqayıt»dan təklif gələn gündən fikirləşirdim ki, mən birinci Zaur müəllimdən halallıq almalıyam. İndi «Sumayıt»da işimə rahat başlaya bilərəm».

Digər Xəbərlər
Xəbər Lenti