Bu "bazar" başqa "bazar"...

25 Oktyabr 2021 09:40 Şamaxı 622
Bu "bazar" başqa "bazar"...

Bir klubun peşəkar fəaliyyəti onun adının qarşısında «peşəkar» yazılması ilə ölçülməz.

Yuxarıda əyləşənlər kimdirsə, onun məşqçisi də, futbolçusu da, işçisi də odur.

Birilərinə oxşamazlar. Bir-birlərinə oxşayarlar.

Sənan Qurbanov tam bu insanların istədiyi məşqçsidir. Qeyrisi bu şərtlərlə, bu münasibətlə «Keşlə»də baş apara, baş çıxara bilməz.

Nə deyirlər, nə tapşırırlar, edir. Etməyib, nə edəcək, guya?

Bu Sənan Qurbanov üçün bir «Qəbələ» var. Hamısını bir kənara qoyar, onları bir kənara. Kimə uduzur-uduzsun, bircə «Qəbələ»yə uduzmasın.

Bu gün onun üçün son gündür, həyatın axırıdır. İçində «Qəbələ»yə qarşı bir kin-küdurət, bir qəzəb var, onu söndürməyin yolunu, izini tapmaq istəyir, tapammır.

Amil Yunanovun komandanı xilas edəcəyini düşünən məşqçi burnunun ucundan o tərəfi görməyən məşqçidir. Bunun ikinci tərifi, bənzətməsi, cavabı yoxdur.

Yunanovun yaxşı günləri çoxdan arxada qalıb. Dünənlə yaşayan, orada var-gəl edən hücumçuya nicat ocağı kimi baxmaq da acı gülüş doğurur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!