"Gəncəlilər bizə kömək edir, dayanmaq olmaz"

19 Oktyabr 23:40 Kəpəz 88
"Gəncəlilər bizə kömək edir, dayanmaq olmaz"

Ötən mövsümlər “Kəpəz” liqaya bir qayda olaraq uğursuz başlayırdı.

Əbəs deyil ki, arxada qalan 4 mövsümün hamısında 5-6 turdan sonra bölgə klubunda baş məşqçi dəyişikliyi baş verib.

Amma bu mövsüm hər şey tam fərqlidir.

Düzdü, komanda "Sabah"a məğlubiyyətlə yola çıxdı, amma ardını əla gətirməyi bacardı.

Artıq 8 turdan sonra "Kəpəz"in aktivində 11 xal var.

Ehtiyatda isə 1 oyunu.

Azər Məmmədov gözəl işlər görür.

Maraqlıdır, belə uğurlu startın səbəbi nədir?

"Kəpəz"in təcrübəli qapıçısı Rojerio Santos Sportinfo.az-a açıqlamasında bunları deyib:

"Bəli, yaxşı başlamışıq. Amma dayanmaq olmaz. Bu cür uğurlu olmaq hamımızı şad edir.

Düşərgədə əla ab-hava var.

Düşünürəm ki, hamının gərgin əməyi “Kəpəz”in uğur qazanmasında əsas rol oynayır.

Bununla yanaşı, öz stadionumuzda, şəhərimizdə və azarkeşlərimizin önündə oynamağımız da bizə kömək edir".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?