“KƏPƏZ”: Hansı tapşırıqları yerinə yetirdilər? - FOTOLAR

03:30 Kəpəz 78
“KƏPƏZ”: Hansı tapşırıqları yerinə yetirdilər? -  FOTOLAR

“Kəpəz” Misli Premyer Liqasının doqquzuncu turunda “Şəfa” ilə keçirəcəyi səfər matçının hazırlığına başlayıb.

Sportinfo.az xəbər verir ki, Gəncə təmsilçisi məşqə fitnes zalında fiziki hazırlıqla başlayıb, daha sonra meydançada texniki-taktiki tapşırıqları yerinə yetirib.

Komandada ümumi əhval-ruhiyyə yüksəkdir və zədəli futbolçu yoxdur. Yalnız yüngül ağrılar hiss edən Namik Ələskərov məşqin meydançada keçirilən hissəsində iştirak etməyib.

Təcrübəli futbolçu fitnes zalındakı çalışmaqla kifayətlənib.

“Şəfa” - “Kəpəz” qarşılaşması oktyabrın 24-də saat 16:30-da Sumqayıtdakı “SOCAR Polymer Arena”da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
21 Oktyabr 17:10 Çək və bizə göndər!
21 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM